11 oktaybr 2023-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev və Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Güneli qəbul edib.
Öncə
Novruz Aslanov cənab Davron Muhammadiyevi Milli Cəmiyyətdə görməkdən məmnun
olduğunu bildirib. Görüşdə iki təşkilat arasında görülən ümumi işlər,
qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə söhbət
açılıb. Ötən illərdə olduğu kimi bu il də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm
də Beynəlxalq Federasiyasının qarşıya qoyulan məqsədə çatmaq üçün üzərilərinə
düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmi
vurğulanıb.
Milli
Cəmiyyətin prezidenti Novruz Aslanov Davron Muhammadiyevə Federasiyanın Milli Cəmiyyətə
göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və gələcəkdə də humanitar sahədə
Beynəlxalq Hərəkat daxili humanitar fəaliyyətlərin yüksək səviyyədə inkişaf edəcəyini
bildirib.
Davron Muhammadiyev öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışıb. Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.