AzQAC Sumqayıt şəhər bölməsinin könüllüləri tərəfindən 12 saylı orta məktəbdə “Gigiyena və şəxsi təmizlik” mövzusunda seminar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin könüllüləri tərəfindən 12 saylı orta məktəbdə “Gigiyena və şəxsi təmizlik” mövzusunda seminar keçirilib
 A seminar on "Hygiene and personal hygiene" was held at secondary school No. 12 by volunteers of Sumgait city branch of Azerbaijan Red Crescent Society

Sumqayıt şəhər 12 saylı orta məktəbdə “Gigiyena və şəxsi təmizlik” mövzusunda şagirdlərlə görüş keçirilib. Görüşdə Türk Kızılayın Azərbaycandakı nümayəndəsi Hüseyn Çitak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin müdiri - İcraçı katibin müavini Xalidə İsgəndərova və AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova iştirak edib. Tədbiri giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova açaraq dinləyiciləri və qonaqları salamlayıb, seminar haqqında məlumat verib. Daha sonra söz öncədən mövzular üzrə təlim almış AzQAC Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstənin üzvləri şəxsi gigiyena ,dəri və ağız , düzgün əl yuma qaydası haqqında məlumat verib ,praktiki nümayiş ediblər . Şagirdləri maraqlandıran sualları cavablandırılıb.