Miqrantlar üçün Azərbaycan dili kursunun 11-ci tədris ili başlayıb
Əsas səhifə / XƏBƏRLƏR / Miqrantlar üçün Azərbaycan dili kursunun 11-ci tədris ili başlayıb
AzQAC daimi olaraq qaçqın və məcburi
köçkünlərlə iş aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar
edir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq 11 ildir ki, əcnəbi miqrantlara
təmənnasız Azərbaycan dili kursunu təşkil edir. Kurs daimidir və il ərzində
müraciətlər qəbul olunur.
AzQAC-ın
Miqrasiya şöbəsi bu il də öz layihəsinin davamı kimi , miqrantlar üçün AzQAC-ın
Baş Qərargahında olan təmənnasız Azərbaycan dili kursunun 11-ci tədris ilinin
açılışı olub. Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva,
iştirakçıları salamladı, AzQAC-ın rolundan, kursun ötən ildəki uğurundan,
şagirdlərin cəmiyyətə fəal
inteqrasiyasında və kursun vacibliyindən
danışb.
Tədbirdə Fondların artırılması və gəlirgətirmə şöbəsinin
müdiri Emil Seyidəliyev, Kadrlar
şöbəsinin məsul işçisi Şəhla Ramazanqızı,Qarabağ Regional Mərkəzinin Koordinatoru Afaq Hüseynzadə və İnformasiya və
İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri
Elmir Acalov iştirak edib.
Emil Seidəliyev söz alaraq miqrantlara Aypara Cəmiyyəti
rəhbərliyi və kollektivinin həmişə xüsusi diqqət və qayğısı olduğunu bildirib
və yaradılmış bu imkandan istifadə edərək dil bacarıqlarını inkişaf etdirməyi
tövsiyyə edib. Daha sonra
Kadrlar şöbəsinin məsul işçisi Şəhla Ramazanqızı miqrant şagirdləri yeni dərs
ilinə başladıqları üçün təbrik edib və dövlət dilimizin öyrənilməsinin onların
gündəlik həyatlarını maneəsiz yaşamaları, məlumatlı və savadlı olmaları üçün
vacib şərt olduğunu vurğulayıb.
Müəllimə Sona Hacıyeva
müdavimlərin yeni kurs ili üçün qeydiyyatını apararaq ölkəmiz və dilimiz,
tariximiz, coğrafiyamız haqqında məlumat verərək, ilk tanışlıq dərsinə başlayıb.
Dərsin vaxt cədvəli miqrantların ümumi razılığına əsasən həftədə iki dəfə müəyyənləşib.
Dərsdə ilkin olaraq 24 müdavim iştirak edib və onlara dərs ləvazimatı paylanılıb.