Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə “Gigiyena və şəxsi təmizlik” mövzusunda seminar keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə “Gigiyena və şəxsi təmizlik” mövzusunda seminar keçirilib
Sumqayıt şəhər
sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə “Gigiyena və şəxsi təmizlik”
mövzusunda şagirdlərlə görüş keçirilib. Görüşdə Türk Kızılayın Azərbaycandakı
nümayəndəsi Hüseyn Çitak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və
Könüllülər şöbəsinin müdiri - İcraçı katibin müavini Xalidə İsgəndərova ,Elşən
Səlimzadə və AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova iştirak
edib. Tədbiri giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova açaraq dinləyiciləri
və qonaqları salamlayıb, seminar haqqında məlumat verib. Daha sonra söz öncədən
mövzular üzrə təlim almış AzQAC Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil
Könüllü Dəstənin üzvləri şəxsi gigiyena ,dəri və ağız , düzgün əl yuma qaydası
haqqında məlumat verilib ,praktiki nümayiş edilib. Seminarın sonunda şagirdlərə
gigiyenik ləvazimatlar paylanılıb.