12
oktaybr 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,
Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Dragana Koiç, Beynəlxalq Qızıl
Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya
Regionunda Hərakət Məsələləri üzrə Regional rəhbərin müavini Kreyq
Stratern və Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Cəmiyyəti Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin
rəhbəri Davron Muhammadiyev arasında görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Novruz Aslanov qonaqları
AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb.
Görüşün əsas məqsədi Azərbaycanda Hərəkatdaxili koordinasiya və əməkdaşlıqla
bağlı gələcək tədbirlərin müəyyən edilməsi haqqında müzakirələr apararaq,
keçmişdə baş vermiş fövqəladə hallarda tətbiq edilmiş təcrübə əsasında rolların
təfsiri və Hərəkatdaxili Fövqəladə Hallara Hazırlıq Planının işlənib
hazırlanması prosesi barədə məlumatlandırmaq
olub.
Kreyq Stratern gündəlikdə olan məsələlər haqında danışaraq, hərəkat üzrə Koordinasiya və Sevilya 2.0 razılaşmasına baxışı haqqında, Sevilya 2.0 razılaşması və onun vacibliyi, müzakirələr və razılaşmanın yazılması zamanı müəyyənləşdirilən əsas çətinlikləridən danışıb və iştirakçılara tədbir üçün ümumi tövsiyələr verib.
Davron Muhammadiyev öz növbəsində, Hərəkat üzrə
Koordinasiya mexanizmlərini vurğulayıb. Həmçinin sessiyanın əsas məqamları
olan, Sevilya 2.0 razılaşmasının uğurla həyata keçirilməsinin bu mexanizm və
platformalardan asılı olduğunu nəzərə alaraq, Hərəkat üzrə həm nəzəri, həm də
praktiki Koordinasiya Mexanizmlərini daha da gücləndirmək (Sevilya 2.0
razılaşmasının 5.2-ci bəndi). Həm Hərəkat üzrə Əməkdaşlıq və Koordinasiyanı
yaxşılaşdırmaq, həm də Hərəkat üzvlərinin rol və vəzifələrini (koordinator / həmkoordinator)
aydınlaşdırmaq olub.
Daha sonra görüşdə AzQAC-ın icraçı katibi Ceyhun
Mirzəyev və İcraçı
katibin müavini Elşən Səlimzadə çıxış edərək, AzQAC əməkdaşlarının iştirakı
barədə məlumat veriblər. Daha sonra görüşdə üç təşkilat arasında görülən ümumi
işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə
danışıqlar aparalıb. Onlar öz çıxışında
AzQAC-ın yerli bölmələri tərəfindən həyata keçirilmiş fəaliyyətlərdən, beynəlxalq
sahədə həyata keçirilən əməkdaşlıq və nailiyyətlərdən söhbət açıblar. Eyni
zamanda, Ceyhun Mirzəyev və Elşən Səlimzadə Hərəkat üzrə Fövqəladə halların planlaşdırılması üzrə, həmçinin Hərəkatın təsirini
genişləndirmək üçün istifadə oluna biləcək nümunələri müəyyənləşdirmək və Hərəkatın Qarabağda zərərçəkmiş şəxslərin
ehtiyaclarına birgə və dayanıqlı yardım göstərməsi haqqında danışıblar.
Görüşdə,
iştirakçılar öz təklifləri və fikirləri haqqında bölüşüb,onları
maraqlandıran sualları isə cavablandırılıb.
Görüşün
sonunda Milli Cəmiyyətin prezidenti Novruz Aslanov, bütün əməkdaşlara və qonaqlara
təşəkkürünü bildirib.