AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində
ölkədə fəaliyyət göstərən təhsil müəssisələrlə sıx əməkdaşlıq edir. Əməkdaşlığın
əsas məqsədi gənclər arasında xəstəliklərlə bağlı maarifləndirmə və sağlamlıqla
bağlı tədbirlərin təşkil olunması sayəsində sağlam düşüncəni sağlam cəmiyyətin
formalaşmasına dəstək verməkdir. Əməkdaşlıqbu çərçivəsində həyata keçirilən fəaliyyətlərə
qan donorluğun təbliğatı və qanvermə aksiyaların təşkili aiddir. Belə ki,
oktyabrın 12 ADA Universitetinin
Bakalavr Tələbələri Hökuməti adlanan gənclərdən
ibarət qrupun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və AzRespublikası Səhiyyə NazirliyiMərkəziQan Bankın iştirakı qanvermə aksiyası təşkil olunub. ADA Universitetinin
administrasiya nümayyəndələrivə tələbələri
qanverməyə qatılıb.AzQAC “İcmaya əsaslanan
sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova, Bakı Region Mərkəzi,
Rayon Bölmələrinin sədr və könüllüləri aksiyada fəal iştirak edərək, qanvermə
aksiyanın səmərəli və uğurlu keçməsinə dəstək olublar. M.Qaraxanova tələbələr tərəfindən
qan donorluğunadairverilən sualları cavablandıraraq, könüllü mütəmadi
qan donorluğunun sağlamlığa müsbət təsiri və əhəmiyyəti barədə geniş məlumatları
çatdırıb.Nizami Aksiyada 34 nəfər qan
verib.