FMKD üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında əsas tanışlıq kursu keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / FMKD üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında əsas tanışlıq kursu keçirilib
A basic introductory course on "International Red Cross and Red Crescent Movement" was held for EMVC

10-12 oktyabr 2023-ci il tarixlərində, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə, Tərtər və Ağdam rayon bölmələrinin könüllüləri üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında Əsas Tanışlıq Kursu  keçirilib. Bu kurs bölməyə yeni qoşulan könüllülər üçün təşkil edilən müntəzəm kursdur və ildə bir neçə dəfə təşkil olunur.


Kursun əsas məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının missiyasını, komponentlərini və əsas prinsiplərini daha yaxşı başa düşmək və Azərbaycan Qızıl Aypara Cəmiyyətini ictimaiyyətdə layiqincə təmsil etmək üçün könüllülər arasında Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri yaymaqdır.


Kurs zamanı könüllülərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi, Hərəkatın tərkib hissələri, Hərəkatın əsas prinsipləri, humanizm emblemləri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətləri barədə ətraflı məlumat verilib.


Kurs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təcrübəli könüllüsü Fərid Nağızadə və Beynəlxalq Qızıl Xaç Komitəsinin Əməkdaşlıq şöbəsinin məsul əməkdaşı Sevil Süleymanova tərəfindən həyata keçirilib.


Kursda AzQAC-ın Bərdə, Tərtər və Ağdam rayon bölmələrindən ümumilikdə 47 könüllü iştirak edib.