Hər il 10
oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Dünyada bu günün
qeyd olunması 1992-ci ildə Beynəlxalq Psixi Sağlamlıq Federasiyanın təşəbbüsü və
ÜST-n dəstəyi ilə başlamışdır. Hər il ÜST psixi sağlamlıqla əlaqədar müxtəlif
mövzulara həsr edilən geniş maarifləndirici tədbirlərin həyata keçirilməsini
tövsiyə edir. Bu il Ümumdünya Psixi sağlamlıq günü “Psixi sağlamlıq universal
insan hüququdur. Bizim düşüncələrimiz, bizim haqlarımız” şüarı altında
keçirilir.
Ümumdünya
Psixi Sağlamlıq Federasiyası bu mövzu ilə beynəlxalq ictimaiyyəti hökumətlər, vətəndaşlar
və planlaşdırıcılar arasında daha çox əməkdaşlığa olan qaçılmaz ehtiyacı başa düşməyə
çağırır ki, effektiv proseslər mümkün olsun, bununla da bütün dünya əhalisinə
psixi sağlamlıq və rifah xidmətləri göstərmək üçün yaradılmalıdır. Səhiyyə
sistemlərimiz psixi sağlamlıq böhranı və ortaya çıxan xəstəliklərlə mübarizə
aparmaq üçün yaxşı təchiz olunması da qeyd edir.
Azərbaycan
Qızıl Aypara Cəmiyyəti “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində ölkədə
əhali arasında səhiyyə maarifi işinə dair fəaliyyət göstərən GHT-lərlə əməkdaşlıq
çərçivəsində birgə həyata keçirilir. Belə ki, AzQAC-n və “İRƏLİ” İctimayi
Birliyi ilə əməkdaşlığı qeyd etmək olar. Belə ki, 9 oktyabr 2023-cü il tarixində
“Sağlam həyat tərzi”, 12 oktyabr 2023-cü il tarixində isə “İlkin Psixoloji Yardım”mövzulara
həsr edilən seminarlar AzQAC-ın İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi
Mətanət Qaraxanova tərəfindən keçirilib. Seminarlar Gənclər “Sağlam Gəncliyə Doğru”
İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi və “İRƏLİ”
İctimai Birliyinin tərəfdaşlığı ilə “Sağlam Gənclik Marafonu” layihəsi çərçivəsində
həyata keçirilir.
Digər
seminar 10 oktyabr 2023-cü il tarixində Ə.Əliyev adına ADHTİ pediatriya
kafedrasında həkim- müdavimlər üçün keçirilib. Seminar iştirakçılarına
Ümumdünya Psixi Sağlamlıq Günün qeyd olunması məqsədləri açıqlanıb. Onlara
ÜST-n psixi sağlamlıq anlayışını, psixi sağlamlığına təsir və müəyyən edən
amillər barədə geniş məlumatları təqdim edilib. Psixi sağlamlığın qorunması və
gücləndirilməsi üçün ÜST-tərəfindən tövsiyə edilən kompleks addımlar barədə
seminar iştirakçılarına təqdim edilib. Burada stress və onu nümayiş edən əlamətlər,
stressi aradan qaldırmaq üçün addımlar, depressiya kimi məlumatlara xüsusi yer
ayrılıb.