23 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Baş nazirin müavini Əli Əhmədov AzQAC-ın prezidenti Novruz Aslanov və Türk Kızıl Ayının prezidenti professor Fatma Meriç Yılmaz ilə görüşüb.
Görüşdə
iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət
prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə
olunub və gələcək perspektivlər barədə müzakirələr aparılıb.Birinci
və İkinci Qarabağ müharibəsi zamanı Türk
Kızılayının göstərdiyi humanitar yardımlar vurğulanıb.
Daha sonra, Kahramanmaraş şəhərində baş vermiş zəlzələlərdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkil etdiyi “Səninləyəm Türkiyəm” adlı böyük ianə yardım kampaniyasının nəticəsində yığılan və Türkiyəyə göndərilən humanitar dəstək barəsində danışılıb.