Türk Kızıl Ayının prezidenti Fatma Meriç Yılmaz Baş nazir müavini Əli Əhmədov ilə görüş keçirib

Əsas səhifə / XƏBƏRLƏR / Türk Kızıl Ayının prezidenti Fatma Meriç Yılmaz Baş nazir müavini Əli Əhmədov ilə görüş keçirib
 Dr. Fatma Merich Yılmaz, President of the Turkish Red Crescent, held a meeting with Deputy Prime Minister Ali Ahmadov

23 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Baş nazirin müavini Əli Əhmədov AzQAC-ın prezidenti Novruz Aslanov və Türk Kızıl Ayının prezidenti professor Fatma Meriç Yılmaz ilə görüşüb.


Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub və gələcək perspektivlər barədə müzakirələr aparılıb.Birinci və İkinci Qarabağ müharibəsi  zamanı Türk Kızılayının göstərdiyi humanitar yardımlar vurğulanıb.

Daha sonra, Kahramanmaraş şəhərində baş vermiş zəlzələlərdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkil etdiyi “Səninləyəm Türkiyəm” adlı  böyük ianə yardım kampaniyasının nəticəsində yığılan və Türkiyəyə göndərilən humanitar dəstək barəsində danışılıb.