23 oktyabr 2023-cü il tarixində Bakı şəhər
3 saylı Uşaq evində “Gigiyena və şəxsi təmizlik” mövzusunda
görüş keçirilib. Görüşdə Türk Kızılayının Prezidenti professor Fatma
Meriç Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti, Türk Kızılayın Azərbaycandakı
nümayəndəsi Hüseyn Çitak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi
Ceyhun Mirzəyev, AzQAC-ın icraçı katibinin müavini Şaban Şayev,
AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova,
Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova, Bakı Regional Mərkəzinin
Koordinatoru Rəna İbrahimova və könüllülər iştirak edib.
Tədbiri giriş sözü ilə açan AzQAC
Sumqayıt şəhər bölməsinin təlimçisi Lalə Cəlilzadə, gigiyena və şəxsi
üzrə təmizlik mövzusu iştirakçılarını və qonaqları salamlayıb. Daha
sonra şəxsi gigiyena ,dəri və ağız , düzgün əl yuma qaydası haqqında
məlumat verərək ,praktiki nümayiş ediblər.
Tədbirin ikinci hissəsində çıxış üçün söz
Bakı 3 saylı Uşaq evinin rəhbəri Gülnarə Şəmiyevaya verilib. Gülnarə xanımda
öz çıxışında bu mövzuda keçirilən seminarın vacibliyini qeyd edib. Tədbir təşkilatçılarına
öz təşəkkürlərini bildirib. Daha sonra söz AzQAC-ın Bakı və Sumqayıt
Regional Mərkəzinin Koordinatorları Rəna İbrahimova və Mətanət Məhərrəmovaya
verilib. Onlarda çıxış zamanı “Gigiyena və şəxsi təmizlik” mövzusunda
keçirilən seminarın vacibliyini bildirərək, Türk Kızılayın Azərbaycan nümayəndəliyinə,
Hüseyin Çitaka öz minnətdarlığını bildiriblər. Daha sonra Türk Kızılayın
Prezidenti professor Fatma Meriç Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti
tərəfindən layihə çərçivəsində fəaliyyət göstərən könüllülərə sertifikat təqdim
edib.
Tədbirdə uşaq evinin hazırladığı müxtəlif çıxışlar
qonaqlara təqdim olunub. Sonda seminara qatılan 3 saylı uşaq evinin iştirakçılarına
gigiyenik ləvazimatlar paylanılıb.