26 oktyabr 2023-cü
il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional
Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il hazırlıq planına uyğun olaraq “Etilen-polietilen”
zavodunun Polietilen istehsalatının fəaliyyəti
dayandırılmış sahəsində "İrimiqyaslı fövqəladə hadisələrin
nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan
və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda maarifləndirici
tədbir və Kompleks MM təlimi keçirilib.
FHN-nin Sumqayıt
Regional Mərkəzinin şəxsi heyətinin, Sumqayıt Şəhər İcra
Hakimiyyəti başçısının müavini və digər məsul şəxslərinin iştirak
etdiyi təlimə “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun
hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, mühəndis-kəşfiyyat
manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu,
müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu,
yanğınsöndürmə, elektrik xətlərinin təmiri və rabitə manqaları,
qazdan xilasetmə dəstəsi, o cümlədən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ,
Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin,
Gigiyena-Epidemiologiya Mərkəzinin, Memarlıq
və şəhərsalma İdarəsinin, Tibb Mərkəzinin, Telekommunikasiya
Qovşağının, İctimai asayişin mühafizəsi qrupunun, 24 saylı yanğından
mühafizə hissəsinin, Elektrik Şəbəkəsinin, Qaz Xidməti Sahəsinin,
Sukanal İdarəsinin, Sumqayıt YGEŞ-in, Dezinfeksiya şöbəsinin,
Baytarlıq İdarəsinin, 1 №-li Magistral Yollar MMC-nin mülki müdafiə qüvvələri,
bütün xidmət və obyektlərin əmlak, avadanlıq, maşın
və mexanizmləri cəlb olunub.
Təlimdə AzQAC
Sumqayıt şəhər bölməsi Fövqəladə Mobil Könüllü Dəstəsinin
funksiyası şərti yaralılara ilk Yardım göstərərək həkim personalına təqdim
etmək idi. Obyekt Mülkü Müdafiə təlimi yüksək səviyyədə başa çatıb.
Hər bir idarə və müəssisələr öhdələrinə düşən tapşırıqları
layiqincə icra ediblər.