AzQAC-ın nümayəndəsi İlk Yardım üzrə Beynəlxalq Ekspert Qrupunun iclasında iştirak edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın nümayəndəsi İlk Yardım üzrə Beynəlxalq Ekspert Qrupunun iclasında iştirak edib
A representative of AzRCS participated in the meeting of the International Expert Group on First Aid

31 Oktyabr – 1 Noyabr 2023-cü il tarixində Sağlamlıq və Qayğı şöbəsinin rəhbəri İlk Yardım üzrə koordinatoru Əminə Cabbarova İlk Yardım üzrə Beynəlxalq Ekspert Qrupun iclasında iştirak edib.


İclas Qazaxıstanın Almatı şəhərində baş tutub və  11 ölkədən seçilən  nümayəndələr iştirak edib. Açılış Asiya ölkələri üzrə cavabdeh  şəxs Oyungerel Amga, Qazaxıstan Aypara Cəmiyyətinin baş direktoru Marat Medelxanov, IFRC Cənubi Qafqaz  sağlamlıq üzrə  nümayəndəsi Nana Tsanava, IFRC Avropa Regional büro üzrə cavabdeh şəxs Panu Saaristo,  BQXK Əməkdaşlıq şöbəsinin koordinatoru Murodjon Soliev və 11 ölkə nümayəndələri iştirak ediblər. Əsas istiqamətlər və fəaliyyətlərin integrasiyası, təcrübələrin bölüşməsi, programların unifikasiyası, təlimlərin aparılması, iştirakçıların daha sıx əlaqəsi və digər məsələlər müzakirə edilib. Əminə Cabbarova tərəfindən iştirakçılara prezentasiya təqdim olunub və suallara cavab verilib.  İnteraktiv şəkildə müvafiq məsələlər müzakirə olunub.


AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsi birinci dəfə bu qrupa qoşulub. Qazaxıstan Aypara nümayəndəsi Marat Medelxanov Karaganda şəhərində baş vermiş partlayış haqqında və 40 nəfərdən çox vəfat etmiş işçilərinin ailə üzvlərinə  dəstək planından iştirakçılara qısa məlumat verib. Bu fövqəladə hal ilə bağlı Türk Kızılay və digər Milli Cəmiyyətlər Qazaxıstan Milli Cəmiyyətinə öz dəstəyini göstərir. Həmən neft mədənçilərinin 30 ilə yaxın orada işləməklərinə baxmayaraq, təhlükəsizlik texnikasına diqqət verilməməsi qeyd olunub.


İclasın sonunda hər bir Milli Cəmiyyət öz fəaliyyətini inkişaf etdirmək üçün növbəti addımlardan danışıb və QXQA Hərəkatının vacibliyini vurğulayıb.