Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-nın üzvləri məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirməyə davam ediblər. Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etmək olub. Sessiyalar zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və onun fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Sessiyalar, həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edib və sual-cavab ilə başa çatıb.
Ümumilikdə, 2023-ci ilin oktyabr ayında AzQAC-ın Sumqayıt, Tərtər, Ağdam, Füzuli, Qazax, Tovuz, Cəbrayıl və Bərdə rayon bölmələrinin könüllüləri tərəfindən 8 yayım sessiyası həyata keçirilib.