FMKD tərəfindən İlk Yardım Postları təşkil olunub

Əsas səhifə / XƏBƏRLƏR / FMKD tərəfindən İlk Yardım Postları təşkil olunub
 The "First Aid" posts were set up by members of the Emergency Mobile Volunteers Teams of the Azerbaijan Red Crescent Society

Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-nın üzvləri Mobil İlk Yardım Postlarının təşkilini davam ediblər. İlk Yardım Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri tərəfindən ən azı ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilib. Bu tədbirinin əsas məqsədi AzQAC-ın rayon bölmələri tərəfindən təqdim olunan İlk Yardım xidmətlərini ictimaiyyətə nümayiş etdirmək olub. Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD-nın könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək imkanı verib. Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları,  huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr, yanıqlar kimi əhəmiyyətli mövzular haqqında geniş məlumat verib və praktiki məşğələlər nümayiş ediblər. Tədbirdə  ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilib.


Ümumilikdə, 2023-ci ilin oktyabr ayında AzQAC-ın Sumqayıt, Tərtər, Ağdam, Füzuli, Bərdə, Qazax, Cəbrayıl və Tovuz bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən 10 Mobil İlk Yardım Postu tədbiri təşkil edilib.