2021-ci ildən etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Norveç Qızıl Xaç Cəmiyyətinin maliyyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin texniki dəstəyi ilə “Fövqəladə Hallar Zamanı Təhsilə Əlçatanlıq” proqramını həyata keçirmək olub. Proqramın əsas məqsədi Qazax, Gədəbəy və Tovuz rayonlarında məktəblərin fövqəladə hallara dayanıqlığının artırılması, məktəbli uşaqlara və müəllimlərə təcrübəli məşğələlər və təlimlər vasitəsilə fövqəladə hallar zamanı risklərin azaldılmasına dair məlumatları ötürmək olub.
Bu proqram çərçivəsində 13,14,15 noyabr 2023-cü il tarixlərində Tovuz
rayonunun Hacallı, Qazax rayonunun Kəmərli, Gədəbəy rayonunun Novo Saratovka kənd orta ümumtəhsil məktəblərində, rayonun
Mülki Müdafiə planına uyğun olaraq, Tovuz, Qazax və Gədəbəy rayon İcra
Hakimiyyətlərinin dəstəyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının
iştirakı ilə birgə Təxliyyə, Axtarış, Xilasetmə və İlk Yardıma dair simulyasiya
tədbirləri keçirilib.
Simulyasiya planına uyğun
olaraq, şagirdlər həyəcan siqnalından sonra məktəb binasından təxliyyə edilib.
Şərti xəsarət alan şagirdlərə ilk yardım və psixoloji dəstək göstərilib. Binanı
tərk edə bilməyən şagirdlər isə FHN-nin əməkdaşları tərəfindən xilas edilib.
Tədbirdə “Fövqəladə Hallar Zamanı Təhsilə Əlçatanlıq”
proqramının koordinatoru, AzQAC-nin
İcraçı Katibinin müavinləri, AzQAC-nin Sumqayıt Regional Mərkəzinin Koordinatoru
və Mobil könüllü dəstənin üzvləri, AzQAC-nin Tovuz, Qazax, Gədəbəy rayon
bölmələrinin sədrləri və Mobil Könüllü Dəstələri, Fövqəladə Hallar
Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Səhiyyə Nazirliyinin səlahiyyətli
nümayəndələri iştirak ediblər.