17 noyabr 2023-cü il tarixində AzQAC “İcmaya əsaslanan Sağlamlıq” proqramının məsləhətçisi Mətanət Qaraxanova tərəfindən Naxçıvan Şəhər Bölməsinin işçi və könüllüləri üçün icmaya əsaslanan sağlamlıq fəaliyyətləri üzrə görüş keçirilib. Görüşün məqsədi Naxçıvan şəhər bölməsinin icmaya əsaslanan tibbi-sosial sahəsində aparılan fəaliyyətlərinin qiymətləndirilməsi, ehtiyac duyulan sahələrin gələcəkdə genişlənməsi və bu sahədə yerli müəssisələrlə əməkdaşlığın gücləndirilməsi və nəzərdə tutulan tədbirlərin tətbiqi barədə məlumatların müzakirəsi olub. Mətanət Qaraxanova tərəfindən IFRC, Ümumdünya Səhiyyə Təşkilatının İcmaya əsaslanan sağlamlıq sahəsilə əlaqədar yeni yanaşmaların tətbiqi barədə geniş məlumatlar təqdim edib.
Tədbir iştirakçılarına IFRC İlk Yardımın 2023-2030 illər üçün
strateji tətbiqi barədə xüsusi vurğulanaraq, geniş məlumatlar çatdırılıb.
Çıxışda dövlətə yardımçı rolunu göstərən AzQAC icmaların sağlamlığın
qorunmasına dair geniş maarifləndirilmə sahəsində fəaliyyət istiqamətləri qeyd
edilib. Sonda gələcəkdə Naxçıvanda geniş layihələrin həyata keçirilməsi ilə
bağlı fikirlər müzakirə olunub.