Fövqəladə Mobil Könüllü Dəstələrin üzvləri üçün kommunikasiya təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstələrin üzvləri üçün kommunikasiya təlimi keçirilib
 Communication training for members of the Emergency Mobile Volunteers Team was conducted in Barda region


14-15 noyabr 2023-cü il tarixində Bərdə rayonunda Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri üçün kommunikasiya təlimi keçirilib. Təlimin əsas məqsədi AzQAC-a yeni qoşulmuş könüllülərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında ətraflı məlumat vermək və könüllülərin ictimaiyyət qarşısında çıxış etmək üçün təqdimat bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlim zamanı iştirakçılar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi, komponentləri, fundamental prinsipləri, emblemlər haqqında biliklərini möhkəmləndiriblər. Eyni zamanda, AzQAC-ın fəaliyyətləri və Sosial Media Siyasəti haqqında təqdimatlar olunub və müzakirələr aparılıb.


Təlimdə AzQAC-ın Füzuli, Tərtər, Ağdam, Qazax, Tovuz, Cəbrayıl və Bərdə,  rayon bölmələrindən 25 könüllü işitrak edib.