22 noyabr 2023-cü il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində məqsəd icbari tibbi sığorta sistemi barədə yazan jurnalistlərin, bu sahədə maarifləndirmə işləri aparan vətəndaş cəmiyyəti üzvlərinin, qurumla əməkdaşlıq əlaqələri quran beynəlxalq təşkilatların daha dolğun məlumatlandırılması, hədəf qrupları ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasıdır. Təlimdə AzQAC-ın Bakı Regional Mərkəzinin sədri Rəna İbrahimova və “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova iştirak etmişlər.
Təlimin
interaktiv keçirilməsi üçün iştirakçılara qrup şəklində praktik tapşırıqlar
verilib. Daha sonra Agentliyin nümayəndələri tapşırıqlarla bağlı təqdimatlarla
çıxış ediblər.
Sonda
yekun nitqlə çıxış edən və iştirakçılara sertifikatlar təqdim edən Agentliyin
İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin fəaliyyətə başladığı vaxtdan media
və QHT nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini bildirib.