17-21 noyabr 2023-cü il tarixlərində Avropa Birliyi
tərəfindən göndərilmiş mütəxəssis Gashi Ljuan Marko Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Sumqayıt, İmişli və Füzuli rayon bölmələrinə səfər edib. Səfər zamanı AzQAC və
IFRC birgə təşkilatçılığı çərçivəsində Avropa Birliyinin maliyyə dəstəyi ilə
seçilmiş bölgələrdə həyata keçirilmiş Nağd Pul və Vauçer Yardımı (NPVY) layihəsinin
nəticələri geniş şəkildə müzakirə olunub. Bu layihə çərçivəsində əldə olunan
nailiyyətlər dəyərləndirilərək layihənin bölgədəki təsirini və effektivliyi də
qiymətləndirilib.
Bunla birgə, İmişli və Füzuli rayonlarında yardımın
paylanıldığı ehtiyaclı ailələrə diqqət yetirilib və onların yaşayış şəraitləri
ilə yaxından tanış olunulub.
Mütəxəssis həmin bölgələrdə layihənin nəzarət və icrası ilə bağlı ətraflı təhlil və müşahidələr apararaq, mövcud problemlər və əhalinin həssas qrupları haqqında ətraflı məlumat toplayıb.