Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi və İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi Pirallahı rayonu Gürgan qəsəbəsinin 231 saylı tam orta məktəbin şagirdləri arasında “İnsan alverinə qarşı mübarizə” başlığı altında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva, AzQAC-nin Pirallahı rayon bölməsinin Sədri Təranə İskəndərova , İH-nin Hüquq şöbəsinin müdürü Hüseynov Samir, böyük məsləhətçi yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, Pirallahı Tibb Mərkəzinin psixoloqu Aliyə Əliyeva iştirak edib.
Tədbirin sonunda
iştirakçıların sualları cavablandırıldı və fikir mübadiləsi aparılıb.