AzQAC-ın prezidenti Novruz Aslanovun rəhbərliyi ilə iclas keçirildi

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanovun rəhbərliyi ilə iclas keçirildi
A meeting was held under the leadership of AzRCS president Novruz Aslanov

24 noyabr 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun rəhbərliyi ilə keçirilən iclasda tədbirlərlə bağlı fikir mübadiləsi aparıldı və konkret təkliflər irəli sürüldü.



Cəmiyyətin icraçı katibi Ceyhun Mirzəyev strateji plana uyğun görülən işlər barədə ətraflı məlumat verdi. 5 dekabr "Beynəlxalq Könüllülər Günü" ilə bağlı tədbirlərin keçirilməsinə dair müvafiq tapşırıqlar verildi.



İclasın sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının üzvü, "Yeni Təfəkkür " qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimovanı ad günü münasibətilə təbrik etdi, gələcək işlərində uğurlar arzuladı.



Şəmsiyyə Kərimova da öz növbəsində, bütün AzQAC kollektivinə minnətdarlığını bildirdi.