AzQAC Cəbrayıl şəhər bölməsinin könüllüləri növbəti “Əsas İlk Yardım” təlimi keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Cəbrayıl şəhər bölməsinin könüllüləri növbəti “Əsas İlk Yardım” təlimi keçirilib
24-25
noyabr 2023-cü il tarixlərində Cəbrayıl bölmə könüllülərinin ilk
yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi ilə növbəti
Əsas İlk Yardım təlimi keçirilib. Təlimin əsas təlimçisi AzQAC İlk Yardım əməkdaşı
İlkinə Ağayeva olub. Əsas məqsəd könüllülərin davamlılığını gücləndirməklə
və icma daxilində İlk Yardım məlumatlarını həm gündəlik vəziyyətlərdə, həm də
fövqəladə hallarda yaralanmalarla mübarizə aparmaq üçün icmaların bacarıqlarını
artırmaqdır.
Eyni zamanda ilk yardım nədir, ilk yardımın önəmi, zərərçəkmişlərin
müayinəsi, bərpa və ÜAR massajının tətbiq olunması, tənəffüs yollarında yad
cisim olduğu təqdirdə nələrə diqqət edilməli, qanaxmanı dayandırmaq və şokun
düzgün şəkildə idarə olunması mövzularına toxunulub.
Yaralar, yanıq və
sınıqların növləri barəsində praktiki məlumat verilib.