AzQAC Cəbrayıl şəhər bölməsinin könüllüləri növbəti “Əsas İlk Yardım” təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Cəbrayıl şəhər bölməsinin könüllüləri növbəti “Əsas İlk Yardım” təlimi keçirilib
The next "Basic First Aid" training was held for the volunteers of the Jabrayil city branch of AzRCS

24-25 noyabr 2023-cü il tarixlərində Cəbrayıl bölmə könüllülərinin ilk yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi ilə növbəti Əsas İlk Yardım təlimi keçirilib. Təlimin əsas təlimçisi AzQAC İlk Yardım əməkdaşı İlkinə Ağayeva olub.  Əsas məqsəd könüllülərin davamlılığını gücləndirməklə və icma daxilində İlk Yardım məlumatlarını həm gündəlik vəziyyətlərdə, həm də fövqəladə hallarda yaralanmalarla mübarizə aparmaq üçün icmaların bacarıqlarını artırmaqdır.


Eyni zamanda ilk yardım nədir, ilk yardımın önəmi, zərərçəkmişlərin müayinəsi, bərpa və ÜAR massajının tətbiq olunması, tənəffüs yollarında yad cisim olduğu təqdirdə nələrə diqqət edilməli, qanaxmanı dayandırmaq və şokun düzgün şəkildə idarə olunması mövzularına toxunulub.


Yaralar, yanıq və sınıqların növləri barəsində praktiki məlumat verilib.