AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən 5 saylı orta məktəbdə İlk Yardım Postu qurulub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən 5 saylı orta məktəbdə İlk Yardım Postu qurulub
AzRCS Sumgayit city branch EMVC members established a First Aid Post in secondary school No. 5

 24 noyabr 2023-cü il tarixində AzQAC-ın Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən 5 saylı orta məktəbdə İlk Yardım Postu qurulub. Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD üzvləri icmalarda və məktəblərdə Mobil İlk Yardım Postları təşkil edilib. İlk Yardım Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri tərəfindən ən azı ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilir.


Bu tədbirin əsas məqsədi FMKD könüllülərini ictimaiyyətə təqdim etmək və AzQAC-nin bölmələri tərəfindən təqdim olunan İlk Yardım xidmətlərinin mövcudluğunu nümayiş etdirmək olub. Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları,  huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzuları ətrafında geniş məlumat verib və praktiki məşğələlər nümayiş etdiriblər. Tədbirdə  ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-nın rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilib.



Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək üçün daha çox şans verib.