AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvlərinin aylıq görüşü keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvlərinin aylıq görüşü keçirilib
Fövqəladə Mobil Könüllü Dəstənin aylıq görüşü 25
noyabr 2023-cü il tarixində bölmə ofisində keçirilib. Görüşdə Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin müdiri - İcraçı katibin
müavini Xalidə İsgəndərova iştirak edib. AzQAC Sumqayıt şəhər bölməsinin sədri
Mətanət Məhərrəmova könüllüləri salamlayaraq görüşün məqsədi barədə məlumat verib.
Ay ərzində keçirilən tədbirlər barəsində ətraflı danışaraq, növbəti ildən
BQXK-nin büdcə azlığı səbəbindən Sumqayıt Fövqəladə Mobil Könüllü Dəstəsi
üçün nəzərdə tutduğu seminarlar və aylıq görüşlərə göstərdiyi maliyyə dəstəyinin
dayandırıldığını vurğulayıb. Lakin bu fəaliyyətin həyata keçməsi üçün yeni
xeyriyyəçilərlə danışıqlar aparıldığını bildirib .Könüllüləri ümidvar edib ki, 2024 –cü ildən təhsil ocaqlarında və
müəyyən təşkilatlarda yenidən bu fəaliyyət öz əksini tapacaqdır.
Daha sonra Xalidə
İsgəndərova qarşıdan gələn könüllülər günü ilə bağlı ətraflı danışaraq öz
fikirlərini bildirib və könüllüləri maraqlandıran suallar cavablandırılıb.