AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən 2 saylı məktəbdə yayım sessiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən 2 saylı məktəbdə yayım sessiyası keçirilib
EMVC members of AzRCS Sumgayit city branch held a dissemination session at school No. 2

23 noyabr 2023-cü il tarixində AzQAC-ın Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən 2 saylı orta məktəbdə Hərəkat haqqında yayım sessiyası keçirilb. Fövqəladə Mobil Könüllü Dəstələri (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD üzvləri tərəfindən məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları baş tutub.


Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etməkdir. Sessiyalar zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri barədə ətraflı məlumatlar verilib.


Sessiyalar, həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edib və sual-cavab ilə başa çatıb.