AzQAC Füzuli rayon bölməsinin üzvləri yayım sessiyası keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Füzuli rayon bölməsinin üzvləri yayım sessiyası keçirib
 Members of AzRCS Fuzuli district branch held a dissemination session

30 noyabr 2023-cü il tarixində AzQAC-ın Füzuli rayon bölməsinin könüllüləri Yuxarı Kürdmahmudlu kəndində yerləşən orta məktəbində “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları baş tutub. Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etməkdir.


Sessiyalar zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri barədə ətraflı məlumatlar verilib.


Sessiyalar, həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edib və sual-cavab ilə başa çatıb.