1 dekabr AzQAC Sumqayıt şəhər bölməsinin ofisində Gənclər və Könüllülər Mərkəzinin yeni təmirdən çıxmış ofisinin açılışı olub. Ofisin təmiri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) maliyyə dəstəyi ilə həyata keçirilib.
Ofisin açılışında IFRC Proqram və Əməliyyatlar üzrə
meneceri Serdar Günel, Milli Cəmiyyətin inkişafı üzrə nümayəndə Aleksandr
Mordovin və digər nümayəndələri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı
katibin müavinləri, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova , FH şöbəsinin eksperti Elşən Səlimzadə, Türk Kızılayın Azərbaycandakı nümayəndəsi
Hüseyin Çıtak və AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və bir qrup
könüllüləri də iştirak ediblər.
Tədbir ofisə baxış keçirilməsi ilə başlanılıb. Gənclər
və Könüllülər Mərkəzi 5 Dekabr Ümumdünya Könüllülər Günü münasibəti ilə bölmənin
könüllülərinə hədiyyələr verib. IFRC Proqram və Əməliyyatlar üzrə meneceri
Serdar Günel və digər qonaqlar bölmənin fəaliyyəti haqqında fikirlərini söyləyiblər.
AzQAC Sumqayıt Regional Mərkəzi tərəfindən hazırlanan təşəkkürnamələr və IFRC və
Türk Kızılayın gətirdikləri hədiyyələr könüllülərə təqdim olunub. Könüllülər də
hər zaman onları diqqətdə saxlayan AzQAC rəhbərliyinə öz minnətdarlıqlarını
bildirərək, hər zaman bölmənin fəaliyyətlərinə öz töhfələrini verməyə hazır
olduqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.