Noyabr ayı ərzində AzQAC könüllüləri BQXK dəstəyi ilə Ağdam, Füzuli, Tərtər və Tovuz rayonlarında fokuslanmış psixososial dəstək fəaliyyəti həyata keçiriblər.
Fəaliyyət qeyd olunan rayonların keçmiş təmas xətti
və beynəlxalq sərhədə yaxın yerləşən məktəblərində icra edilərək 180 uşağı əhatə
edib. Fəaliyyətin məqsədi silahlı münaqişədən təsirlənmiş ərazilərdə
yaşayan uşaqların psixososial rifahına müsbət təsir göstərmək və onları stresə
qarşı daha dayanıqlı etməkdən ibarət olub.
Psixososial fəaliyyət “Mənim Haqqımda Kitab” alətlər dəstinin əsasında
keçirilən 7 məşğələdən ibarət olub. Hər məşğələ uşağın həyatında böyük rol
oynayan vacib mövzuya həsr edilib: ailə, dostlar, özgüvən, hisslər və s. Məşğələlər
AzQAC Ağdam, Bərdə, Füzuli, Tərtər və Tovuz rayon bölmələrinin təlimatlandırılmış
könüllüləri tərəfindən keçirilib.
Ümumilikdə, 2023 il ərzində AzQAC könüllüləri 300-dən
çox uşağa psixososial dəstək göstəriblər.