29 noyabr 2023-cü il tarixində şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Nağd Pul və Vauçer Yardımı (NPVY) üzrə Standart Əməliyyat Prosedurları (SƏP) seminarı keçirib.
Seminarın əsas məqsədi təşkilatın bütün müvafiq şöbələrinin,
texniki işçi qrupunun və dəstək işçilərinin iştirakı ilə AzQAC NPVY SƏP sənədini
işləyib hazırlamaq olub. Bununla yanaşı,
SƏP sənədinin forma və məzmunu, rol və vəzifələr (RACI) matrisi vasitəsilə işçi
heyətinin NPVY əməliyyatları üçün öhdəliklərini müəyyənləşdirmək, SƏP-lərin təsdiqi,
istifadəsi və yenidən baxılması üçün növbəti addımları müzakirə etməkdən ibarət
olub.
AzQAC-ın
vitse-prezidenti Qafar Əsgərzadə seminar iştirakçılarını AzQAC-ın prezidenti,
Milli Məclisin deputatı Novruz Aslanovun, rəhbərliyin, könüllülərin və Cəmiyyətin
çoxsaylı üzvləri adından salamlayıb.
IFRC-nin Proqram və Əməliyyatlar üzrə meneceri Sərdar
Günel də öz növbəsində MC-in NPVY hazırlıq prosesi və layihəsinin uğurundan, bu
fəaliyyətlərdən məsul olan NPVY nümayəndələrinin yüksək səviyyəli məsuliyyətindən
danışaraq təşəkkür edib və daha da böyük uğurlar əldə olunacağına inandığını
bildirib.
Hər iki rəhbər AzQAC və Azərpoçt arasında güclü əməkdaşlıq
nəticəsində imzalanan 4 illik NPVY Çərçivə Müqaviləsinə görə bütün əməkdaşları
təbrik ediblər.
Seminar
zamanı iştirakçılar tədbir boyu NPVY mərhələləri və AzQAC-ın fəaliyyətlərinə
inteqrasiyası haqqında müzakirələr aparılmış, qrup işləri vasitəsilə işçi heyəti
üzvlərinin hər mərhələ və alt-mərhələ üzrə rol və vəzifələrini müəyyən etmək
üçün təhlil aparmış və əldə olunan nəticələrə əsasən təqdimatlar etmişlər.
Seminarda yekununda ilkin variantda hazırlanan NPVY
SƏP sənədinin tamamlanması və təsdiq olunması üçün rəhbərliyə təqdim olunması qərarlaşdırılmışdır.