Nağd Pul və Vauçer Yardımı üzrə Standart Əməliyyat Prosedurları seminarı keçirib

Əsas səhifə / XƏBƏRLƏR / Nağd Pul və Vauçer Yardımı üzrə Standart Əməliyyat Prosedurları seminarı keçirib
Conducted a workshop on Standard Operating Procedures for Cash and Voucher Assistance

29 noyabr 2023-cü il tarixində şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Nağd Pul və Vauçer Yardımı (NPVY) üzrə Standart Əməliyyat Prosedurları (SƏP) seminarı keçirib.


Seminarın əsas məqsədi təşkilatın bütün müvafiq şöbələrinin, texniki işçi qrupunun və dəstək işçilərinin iştirakı ilə AzQAC NPVY SƏP sənədini işləyib hazırlamaq olub. Bununla yanaşı, SƏP sənədinin forma və məzmunu, rol və vəzifələr (RACI) matrisi vasitəsilə işçi heyətinin NPVY əməliyyatları üçün öhdəliklərini müəyyənləşdirmək, SƏP-lərin təsdiqi, istifadəsi və yenidən baxılması üçün növbəti addımları müzakirə etməkdən ibarət olub.


AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə seminar iştirakçılarını AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun, rəhbərliyin, könüllülərin və Cəmiyyətin çoxsaylı üzvləri adından salamlayıb.


IFRC-nin Proqram və Əməliyyatlar üzrə meneceri Sərdar Günel də öz növbəsində MC-in NPVY hazırlıq prosesi və layihəsinin uğurundan, bu fəaliyyətlərdən məsul olan NPVY nümayəndələrinin yüksək səviyyəli məsuliyyətindən danışaraq təşəkkür edib və daha da böyük uğurlar əldə olunacağına inandığını bildirib.


Hər iki rəhbər AzQAC və Azərpoçt arasında güclü əməkdaşlıq nəticəsində imzalanan 4 illik NPVY Çərçivə Müqaviləsinə görə bütün əməkdaşları təbrik ediblər.


Seminar zamanı iştirakçılar tədbir boyu NPVY mərhələləri və AzQAC-ın fəaliyyətlərinə inteqrasiyası haqqında müzakirələr aparılmış, qrup işləri vasitəsilə işçi heyəti üzvlərinin hər mərhələ və alt-mərhələ üzrə rol və vəzifələrini müəyyən etmək üçün təhlil aparmış və əldə olunan nəticələrə əsasən təqdimatlar etmişlər.


Seminarda yekununda ilkin variantda hazırlanan NPVY SƏP sənədinin tamamlanması və təsdiq olunması üçün rəhbərliyə təqdim olunması qərarlaşdırılmışdır.