5 dekabr 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Ümumdünya antimikrobial maarifləndirmə” mövzusunda tədbir keçirilib. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Hallara Hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə, Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, Türk Kızılayının Azərbaycandakı nümayəndəsi Hüseyin Çıtak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər və tam orta təhsil müəssisələrinin müəllim və şagird kollektivi, səhiyyə müəssisələrinin əməkdaşları və digərləri iştirak edib.
Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Pirallahı
rayon bölməsinin sədri Təranə İskəndərova tədbiri giriş sözü ilə açaraq,
qonaqları və tədbir iştirakçılarını salamlayıb. T.İskəndərova bildirib ki,
xüsusilə, son günlərdə qızılca xəstəliyinin yayılma tempində artış müşahidə
olunması səbəbilə antimikrobial maarifləndirmə mövzusu olduqca aktualdır.
Daha sonra
Elşən Səlimzadə çıxış edərək, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət
istiqamətləri barədə auditoriyaya geniş məlumat verib. E. Səlimzadə vurğulayıb
ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti dünya üzrə təxminən 97
milyon könüllünü, üzvü və işçi heyəti əhatə edən beynəlxalq humanitar hərəkatdır
və insanın həyat və sağlamlığını qorumaq, insanların əzab-əziyyətlərini yüngülləşdirmək
məqsədi ilə yaradılıb. Eyni zamanda, könüllük missiyasının əhəmiyyəti və
vacibliyi vurğulanaraq, könüllülük təşəbbüsünün xeyirxahlıq missiyası olduğu
diqqətə çatdırıb.
Növbəti
olaraq Türk Kızılayının nümayəndəsi Hüseyin Çıtak çıxış edərək, xüsusilə,
müharibə dövründə Kızılayın bölgədəki fəaliyyətlərindən danışıb. H. Çıtak vurğulayıb
ki, bundan sonra da Türk Kızılayının Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə
layihələri davam etdiriləcəkdir.
Son olaraq Əminə Cabbarova geniş nitq və təqdimatla çıxış edib. Vurğulanıb ki, antimikrobial müqavimət Avropa regionunda geniş yayılıb. Hər il Avropa İttifaqı ölkələrində antibiotiklərə davamlı bakteriyalara görə 670 000-dən çox infeksiya baş verir və bu infeksiyaların birbaşa nəticəsi olaraq təxminən 33 000 insan ölür. Bütün bunları nəzərə alaraq antimikrobların rasional istifadəsi olduqca vacib məsələdir. Ə.Cabbarova eyni zamanda, son dövrlərdə ölkəmizdə qızılca xəstəliyinin yayılma tempinin artdığını və kiçik yaş qruplarında bunun ağır fəsadlarının olduğunu qeyd edib. Xəstəliyə qarşı mübarizə tədbirlərindən bəhs edən Ə.Cabbarova uşaqların peyvənd olunmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirin
yekununda Pirallahı rayonunda fəaliyyət göstərən N.S.Teymurov adına 231 №li tam
orta məktəbin direktoru Lamiyə Quliyeva söz alaraq, məktəblərdə görülən
profilaktik tədbirlər barədə məlumat verib. L.Quliyeva bildirib ki, hazırda rəhbərlik
etdiyi müəssisədə qızılca xəstəliyi ilə bağlı heç bir narahatedici fakt qeydə
alınmayıb.
Sonda,
mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli
çəkdirilib.