AzQAC Bərdə rayon bölməsi Xanərəb kəndində yayım sessiyası keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Bərdə rayon bölməsi Xanərəb kəndində yayım sessiyası keçirib
Barda district branch of AzRCS held a dissemination session in Khanarab village

4 dekabr 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin (FMKD) üzvləri tərəfindən Bərdə rayon Xanərəb kənd tam orta məktəbində “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyası keçirilib . Bu sessiyanın əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etməkdən ibarət olub.


Sessiya zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri barədə ətraflı məlumat veriblər.