Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkil etdiyi 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib.
Həmişəki olduğu kimi tədbirin keçirilməsində məqsəd
dünyada
və Azərbaycanda hazırda İİV/QİÇS-lə bağlı
cari vəziyyəti müzakirə etmək və bu problemə diqqət çəkməkdir. 2023cü ildə
Ümumdünya QİÇS-lə Mübarizə Günü “İcmaları
önə çəkək!” şüarı altında qeyd edilib.
Tədbirdə Milli Məclisin
Deputatları İlham Məmmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini
Nadir Zeynalov, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin direktoru
Famil Məmmədov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu
departamentinin müdir Yaqut Qarayeva, Ədliyyə Nazirliyinin Tibbi Xidmətinin rəisi
Rafail Mehdiyev iştirak ediblər.
Konfransda ölkəmizdə QİÇS-lə
bağlı cari vəziyyət və görüləcək işlər barədə geniş təqdimatlarla çıxışlar oldu.
Konfransda digər çıxış edənlər,
“İcmaları önə çəkək!” şüarına diqqət edərək, ölkəmizdə QİÇS-lə
mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının verəcəyi
səmərəni xüsusi vurğulayıb, həkimlərimizi, donorlarımızı, narkotik istifadəçilər
və QİÇSlə yaşayanlar icmalarını birgə əməkdaşlığa, həmrəyliyə çağırdılar. Bu əməkdaşlığa
önəm verərək, xəstəliyin aradan qaldırılmasında duran hədəflərə nail olmaq
mümükünlüyü vurğulanıb.
AzQAC –in Sağlamlıq və qayğı
şöbəsinin müdiri Əminə Cabbarova, Miqrasiya şöbəsinin nümayyəndəsi, azərbaycan
dili müəllimi Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi
Mətanət Qaraxanova konfransda iştirak ediblər.