Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib
A conference dedicated to World AIDS Day was held

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkil etdiyi 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib.


Həmişəki olduğu kimi tədbirin keçirilməsində məqsəd dünyada və Azərbaycanda hazırda İİV/QİÇS-lə bağlı cari vəziyyəti müzakirə etmək və bu problemə diqqət çəkməkdir. 2023cü ildə Ümumdünya QİÇS-lə Mübarizə Günü “İcmaları önə çəkək!” şüarı altında qeyd edilib.



Tədbirdə Milli Məclisin Deputatları İlham Məmmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdir Yaqut Qarayeva, Ədliyyə Nazirliyinin Tibbi Xidmətinin rəisi Rafail Mehdiyev iştirak  ediblər.



Konfransda ölkəmizdə QİÇS-lə bağlı cari vəziyyət və görüləcək işlər barədə geniş təqdimatlarla çıxışlar oldu.



Konfransda digər çıxış edənlər, “İcmaları önə çəkək!”  şüarına diqqət edərək, ölkəmizdə QİÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının verəcəyi səmərəni xüsusi vurğulayıb, həkimlərimizi, donorlarımızı, narkotik istifadəçilər və QİÇSlə yaşayanlar icmalarını birgə əməkdaşlığa, həmrəyliyə çağırdılar. Bu əməkdaşlığa önəm verərək, xəstəliyin aradan qaldırılmasında duran hədəflərə nail olmaq mümükünlüyü vurğulanıb.



AzQAC –in  Sağlamlıq və qayğı şöbəsinin müdiri Əminə Cabbarova, Miqrasiya şöbəsinin nümayyəndəsi, azərbaycan dili müəllimi Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova konfransda iştirak ediblər.