AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən yayım sessiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən yayım sessiyası keçirilib
Dissemination session was held by FMKD members of AzRCS Sumgayit city branch

6 dekabr 2023-cü il tarixində AzQAC-ın Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən 28 saylı orta məktəbdə Hərəkat haqqında yayım sessiyası keçirilib. Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD üzvləri tərəfindən məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirilib. Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etməkdən ibarət olub. Sessiyalar zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri barədə ətraflı məlumat veriblər.


Sessiyalar, həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edib və sual-cavab ilə başa çatıb.