Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib

Əsas səhifə / XƏBƏRLƏR / Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib
The grave of Great Leader Heydar Aliyev was visited

12 dekabr 2023-cü il tarixində 100 illik yubileyi qeyd olunan Ümummilli Lider, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, həmçinin AzQAC-ın tarixində silinməz iz buraxmış Ulu Öndər, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri Üzvü Heydər Əliyevin anım günü ilə əlaqədar məzarı Fəxri Xiyabanda ziyarət edilib. AzQAC rəhbərliyi, çoxsaylı kollektivi və üzvləri tərəfindən bu dahi  şəxsiyyətə öz dərin hörmət və ehtiramı bildirilib, abidəsi önünə çiçəklər düzülüb və ruhuna dualar oxunub.