AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən yayım sessiyası keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən yayım sessiyası keçirilib
8
dekabr 2023-cü
il tarixində AzQAC-ın Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən
24 saylı orta məktəbdə Hərəkat haqqında yayım sessiyası keçirilib. Fövqəladə
Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq,
FMKD üzvləri tərəfindən məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı”
haqqında yayım sessiyaları keçirilib. Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və
Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun
könüllülərini ictimaiyyətə təqdim etməkdən ibarət olub.
Sessiyalar zamanı
könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri barədə ətraflı məlumat
veriblər. Sessiyalar, həmçinin
şagirdlər üçün interaktiv məşğələləri əhatə edib və sual-cavab ilə başa çatıb.