AzQAC Xocavənd rayon bölməsinin könüllülərinə “Əsas İlk Yardım” təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Xocavənd rayon bölməsinin könüllülərinə “Əsas İlk Yardım” təlimi keçirilib
"Basic First Aid" training was held for the volunteers of AzRCS Khojavend district branch

11-12 dekabr 2023-cü il tarixlərində Xocavənd rayon bölmə  könüllülərinin İlk Yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi ilə AzQAC konfrans zalında növbəti Əsas İlk Yardım təlimi keçirilib.
 
Təlimin əsas təlimçisi AzQAC İlk Yardım əməkdaşı İlkinə Ağayeva olub. 
 
Təlimin əsas məqsədi könüllülərin davamlılığını gücləndirməklə və icma daxilində İlk Yardım məlumatlılığını artırmaqla həm gündəlik vəziyyətlərdə, həm də fövqəladə hallarda yaralanmalarla mübarizə aparmaq üçün icmaların bacarıqlarını artırmaqdır. 


Təlimdə 9 könüllü iştirak edib və sonda iştirakçılara sertifikat təqdim olunub.