13-15 Dekabr 2023-cü ildə Avropa İttifaqı
(Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın
ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının
potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində 12
Vətəndaş Cəmiyyəti Təşkilatı (VCT) üçün “Humanitar Fəaliyyət üzrə Oriyentasiya”
təlimi keçirilib.
Təlimin ilk günü IFRC-nin Azərbaycan üzrə
Proqram və Əməliyyatlar üzrə meceneri Serdar Günel, IFRC-nin Cənubi Qafqaz ölkələri
üzrə Nümayəndəliyinin Proqram Koordinatoru, İvar Skram və Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin (AzQAC) vitse prezidenti Qafar Əsgərzadənin açılış nitqi ilə
başlayıb.
3 gün davam edən təlim VCT-ləri dəstəkləmək,
inkişaf etdirmək və onların humanitar yardım səylərinə töhfələrini artırmaq məqsədi
daşıyırdı. Təlim zamanı fandreyzinq, kommunikasiya, icmaların cəlb edilməsi,
maliyyə, satınalma, könüllülük, fəlakət risklərinin idarə edilməsi, psixi
sağlamlıq və psixososial dəstək, nağd pul və vauçer yardımı, layihənin idarə
edilməsi və s. üzrə IFRC və AzQAC-ın ekspertləri bu sahələrlə bağlı faydalı
çıxışlar ediblər. İştirakçıların da təlim zamanı aktiv qatılımı təlimin daha
interaktiv və müzakirəyə açıq formatda keçməsinə dəstək oldu. Təlimin sonunda
VCT iştirakçılarına sertifikatlar təqdim olunub.