20 dekabr 2023-cü il tarixdə Miqrasiya və Sağlamlıq üzrə Regional Ekspert Qrupunun təşkilatçılığı və “Sağlamlığa Xidmət” Birliyinin təqdimatı ilə Azərbaycanda “Miqrasiya və İİV Xidmətləri üzrə Situasiya və İqtisadi Təhlil” Araşdırmasının nəticələrinin müzakirəsinə həsr olunmuş konfrans keçirilib.
Miqrantlarla işləyən çox sayda dövlət qurumları ,Vərəm /İİV mərkəzlərinin işçiləri və QHT əməkdaşları, Beynəlxalq təşkilatların qatıldığı bu konfransda miqrantların İİV və Vərəmlə mübarizə xidmətlərinə Çıxış imkanlarının çox sayda problemləri müzakirə edilib. Layihənin məqsədindən irəli gələn tövsiyyələr və nəticələr yüksək qiymətləndirilib. Bu yöndə qarşıya çıxan problem və maneələrin dəf edilməsi üçün iştirakçı və ekspertlərin təklifləri dinlənilib.
Konfransın interaktiv gedişendə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
İcma əsaslı layihələrin məsləhətçi mütəxəssisi həkim Mətanət Qaraxanova və
Miqrasiya şöbəsinin əməkdaşı, İcma əsaslı layihələrin əməkdaşı Sona Hacıyeva da
fəal iştirak edərək AzQAC-nin gördüyü işlərdən və əldə olunan nəticələrdən
danışaraq müvafiq təkliflərlə çıxış ediblər.