21 dekabr 2023-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb. Dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. İclasın gündəliyi təqdim edilib və gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.
Mandat komissiyasının sədri Şaban Şayev komissiyanın
hesabatını təqdim edib və Baş Məclisin nümayəndələrinin yetərsay olduğunu
bildirib.
AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev AzQAC-ın
2018-2023-cü illər ərzində göstərdiyi fəaliyyətlər, nailiyyətləri barədə
hesabat verib. O öz çıxışında, Qarabağ İqtisadi Zonasında AzQAC fəaliyyətlərinin
bərpası və “Qayıdış” proqramı çərçivəsindəki fəaliyyətlərindən və
quruculuq işləri haqqında danışıb və
son olaraq gələcək planlar, təşkilatın
uzunmüddətli hədəflərini və istiqamətlərini müəyyən edən, onun missiyasını və
vizyonunu dəstəkləyən mühim amilləri vurğulayıb.
Tədbirdə, Bakı Regional Mərkəzinin koordinatoru
İbrahimova Rəna, Ağdam rayon bölməsinin sədr müavini Əliyeva Firuzə, Füzuli
rayon bölməsinin sədri Sadıqov Ramiq çıxış edərək Baş Məclisin işinə uğurlar
arzulayıblar.
AzQAC-ın Vitse-prezidenti Qafar Əsgərzadə öz
çıxışında İdarəetmə Şurasının qərarlarının təsdiqi barədə məlumat verib.Cari məsələlərlə yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
fəxri üzvü cənab İlham Əliyevin 7 fevral 2024- cü il tarixdə keçiriləcək növbədənkənar
Prezident seçkilərində namizədliyinin dəstəklənməsi barədə Baş Məclisin nümayəndələri
tərəfindən yekdikliklə bəyanat qəbul edilib.
Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himni səsləndirilib
və bununla da XXVI növbədənkənar Baş Məclis öz işini bitirib.