IFRC nümayəndələri AzQAC Sumqayıt şəhər bölməsinin qonağı olub

Əsas səhifə / XƏBƏRLƏR / IFRC nümayəndələri AzQAC Sumqayıt şəhər bölməsinin qonağı olub
 The representatives of the International Federation of Red Cross and Red Crescent Societies visited the Sumgait city branch of the Azerbaijan Red Crescent Society

20 dekabr  2023-cü il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlər Federasiyasının  Cənubi Qafqaz Ölkə Klaster Nümayəndəliyinin rəhbəri Davron Mukhamadiev, Milli Cəmiyyətin inkişafı üzrə nümayəndəsi  Aleksandr Mordovin, bölmələrin inkişafı üzrə mütəxəssisi Teymur Kuseba  Sumqayıt şəhər bölməsinin qonağı olub.
AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşları qonaqları salamlayaraq, bölmənin əsas fəaliyyətləri ilə bağlı hazırlanmış foto-slayd bölmə təlimatçısı  tərəfindən  təqdim olunub. Qonaqları maraqlandıran suallarla bağlı bölmə əməkdaşları və könüllülərə müraciət edilib, alınan cavablardan sonra görülən coxsaylı fəaliyyət ücün bölmə rəhbərinə və könüllülərə öz minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.