18-21 dekabr 2023-cü
il tarixlərində Şəmkir şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər,
Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd şəhər və rayon bölmələrinin könüllülərinə Beynəlxalq Qızıl Xaç komitəsinin ekspertləri
tərəfindən 4 günlük “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda təlim
təşkil edilib.
Tədbirin məqsədi könüllülərin bilik və bacarıqlarının artırılması, gələcək
fəaliyyətlərdə peşəkarcasına əhali arasında maarifləndirmə işlərinin həyata
keçirmələrinə dəstək olmaqdan ibarət olub. Eyni
zamanda yeni könüllülərin növbəti təlimlərə cəlb olunması məqsədilə hazırlıq
işlərinin davamlı aparılması üçün tövsiyə xarakterli müzakirələrin aparılması
nəzərdə tutulub. Növbəti mərhələdə hazılıq keçmiş könüllülərin sayının 300
nəfərə çatdırılması hədəf olaraq qarşıya qoyulub. Onu da qeyd etmək lazımdır ki,
artıq 129 nəfər mina təhlükəsizliyi üzrə təlim keçmiş gənc könüllülər növbəti
ildən bu yönümlü fəaliyyətlərdə iştirak edəcəklər. Qeyd edilən fəaliyyətlərin
həyata keçirilməsində AzQAC-nin prezidenti, Milli Məclisin deputatı cənab
Novruz Aslanov lazımi dəstək göstərərək müvafiq tapşırıq vermiş, məsələnin
aktuallığını daima diqqətdə saxlamağı tövsiyə etmişdir.
AzQAC rəhbərliyinin BQXK ilə birgə apardığı müzakirələr
nəticəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətlər hal-hazırda
aidiyyatlı bölgələr üzrə icra edilməkdədir.
Tədbirdə Cəmiyyətin Silahlara Qarşı Mübarizə proqramının
koordinatoru Məmməd Kətanov, BQXK-nın Silahların Yaratdığı Təhlükələr proqramının
Bərdə nümayəndəliyinin koordinatoru Fidel Etsora, Silahların Yaratdığı
Təhlükələr şöbəsinin əməkdaşları Nicat Məmmədov, Rövşən Hümbətov və Çingiz
Rəhmanov iştirak ediblər.
Tədbirin sonunda iştirakçılara Beynəlxalq Qızıl Xaç Komitəsi
tərəfindən şəhadətnamələr təqdim olunub. Sonda iştirakçılarla birlikdə xatirə
şəkili çəkilib.