Azərbaycan
Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı və SOCAR
Polymer MMC-nin maliyyə dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və 2024-cü ilin qarşılanması münasibətilə Şəhid və qazi ailələrinin,həmcinin
hər iki valideynini itirmiş və sağlamlıq imkanları məhdud olan
uşaqlara bayram şənliyi təşkil olunub. Tədbirdə Sumqayıt şəhər İcra
Hakimiyyətinin nümayəndəsi Tərlan Hacıyev, Milli Məclisin deputat köməkçiləri
Elçin Kərimov, Cavid Quliyev, AzQAC-nin məsul əməkdaşı Elşən Səlimzadə,
Renat Vəliyev, SOCAR Polymer MMC-nin əməkdaşı İlahə Hacıyeva, Şəfiqə Quliyeva
və digər əməkdaşlar tədbirdə iştirak ediblər. Tədbir şəhidləri
bir dəqiqəlik sükutla yad etməklə başlanılıb. AzQAC Sumqayıt şəhər
bölməsinin sədri Mətanət Məhərrəmova tədbiri qonaqları salamlayaraq açıb və bu tədbirin mahiyyəti barədə danışıb.
Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan
Hacızadə şəhər rəhbərliyinin salamlarını çatdıraraq şəhid və qazi
ailələrinin hər zaman xüsusi diqqətdə olmasından danışıb. Aparıcı Hüseyin
Səlimov maraqlı viktorinalar kecirdərək, qalibləri hədiyyələrlə mükafatlandırıb. Şaxta
baba və nağıl qəhramanlarının çıxışları, müxtəlif oyunlar uşaqların
sevincinə səbəb olub.
Tədbirin
sonunda öncədən hazırlanmış bayram hədiyyələri uşaqlara təqdim edilib. Valideynlər
də öz növbələrində tədbirin təşkilatcılarına minnətdarlıqlarını
bildiriblər və SOCAR Polymerin əməkdaşı İlahə Hacıyevaya AzQAC
Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanmış Təşəkkürnamə təqdim
olunub. Ümumilikdə tədbirdə 100 nəfər şəhid, qazi və
fiziki imkanları məhdud uşaqlar iştirak edib.