AzQAC və Türk Kızılayı uşaq evlərini və məktəbləri ziyarət edib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC və Türk Kızılayı uşaq evlərini və məktəbləri ziyarət edib
25-26
dekabr 2023-cü il tarixində Türk Kızılayı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Lənkəran rayon bölməsinin əməkdaşları və könüllüləri uşaq evlərinə dəstək və gigiyena təhsili layihəsi
çərçivəsində 2 uşaq evində və 1 məktəbdə, sağlamlıq imkanları məhdud olan
uşağlara gigiyena maarifləndirilməsi, gigiyena dəstlərinin paylanması, qış
geyimlərinin paylanması həyata keçirilib. Bundan əlavə, sağlamlıq imkanları məhdud
uşaqlar üçün məktəbə qəbul olmuş imkansız uşaqların evlərinə baş çəkərək
paylamalar aparılıb. 150 şagirdə gigiyena barəsində məlumat verilib, gigiyena dəstləri
paylanılıb. Ümumilikdə 5-17 yaşlı 270 nəfər kimsəsiz və fiziki imkanları məhdud
uşaqlara qış geyimi şəklində dəstək verilib.