AzQAC Sumqayıt şəhər bölməsində “Qış möcüzəsi-2023” adlı humanitar xeyriyyə aksiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində “Qış möcüzəsi-2023” adlı humanitar xeyriyyə aksiyası keçirilib
 The humanitarian charity action” Winter Miracle 2023" was held by the Sumgait city branch of the Azerbaijan Red Crescent Society

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisi və Silk Way West Airlines ilə birgə “Qış möcüzəsi” adlı humanitar xeyriyyə aksiyasına start verib. Layihədə Sumqayıt şəhər bölməsinin ehtiyaclı ailələri də nəzərə alınıb. Belə ki 28 dekabr tarixində AzQAC Sumqayıt şəhər bölməsinin ofisində “Qış möcüzəsi” adlı humanitar xeyriyyə aksiyasında 50 ehtiyaclı ahıl və aztəminatlı ailələr bayram sovqatları ilə sevindirilib. Ahıllarda Həmrəylik günü və Yeni il bayramları münasibətilə onları diqqətdə saxlayan təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər. Gəlmək imkanı olmayan ailələrin bayram sovqatları könüllülər tərəfindən evlərdə çatdırılıb.