30 dekabr 2023-cü il tarixində Azərbaycan Vərəm əleyhinə Koalisiyasının üzvləri, Global Fund nümayəndəsi, sosial iş eksperti ilə birlikdə yaxınlarda keçirilmiş “Vərəm stiqmasının azaldılması” sorğu layihəsinin nəticələri ilə bağlı silsilə görüşlərin davamı olaraq koalisiyanın ofisində Fokus qrupun görüşü keçirilib. Görüşdə xəstələrin fikirləri, təklifləri müzakirə edilib, stiqmanın azaldılması üçün maariflənmənin miqyasının daha da artırılması məsələsinə diqqət yetirilib. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Mətanət Qaraxanova və Sona Hacıyeva təmsil ediblər.
Ekspertlər
müzakirə nəticələrini müvafiq olaraq dəyərləndirdirərək bütün əməkdaşlara təşəkkür
ediblər.