AzQAC miqrant şagirdlərlə Həmrəylik günü və Yeni il qeyd edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC miqrant şagirdlərlə Həmrəylik günü və Yeni il qeyd edib
 The Azerbaijan Red Crescent Society celebrated Solidarity Day of World Azerbaijanis and New Year with migrant students

        30 dekabr 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş idarəsində Miqrasiya şöbəsində Azərbaycan dili kursunun şagirdləri ilə 2023- cü ilin çox maraqlı bir dərs günü olub. Dərs Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il 2024-cü ilin gəlişi gününə həsr edilib. Çox nəğməli, əyləncəli olan bu tədbir ADA Universitetinin tələbələrinin təşəbbüsü ilə yeni il ərəfəsində keçirilib. Universitetin “Xeyirxahlıq” klubunun əfqan, pakistanlı, tacikistanlı və azərbaycanlı tələbə üzvləri şagirdləri və valideynləri təbrik ediblər, hazırladıqları musiqili proqramı təqdim ediblər. Azərbaycan dili müəllimi Sona  Hacıyeva  və icma əsaslı layihələrin koordinatoru Mətanət Qaraxanova 31 dekabr haqqında danışaraq, dünya azərbaycanlılarının həmin gün hər yerdə bir olaraq tədbir keçirdiklərini, birlik nümayiş etdirdiklərini söyləyib. O, öz çıxışında yenə kimlərinsə bayram sevincinə sevinc qata bildiksə, qürur duyduq. İnsanlıq naminə xidmət göstərmək, uşaqlara, ehtiyaclılara qayğı göstərməyin əsas missiyalarımızdan olduğunu vurğulayıb.  

      Sonra Miqrasiya şöbəsinin  əməkdaşı Sona Hacıyeva  və icma əsaslı layihələr koordinatoru Mətanət Qaraxanova təşəbbüskar tələbələrə – Aygün İsmayılovaya, Abdulbasir Kareemiyə, Romaişa Riaza, Hassam Tahirə, Arzu Ağalarovaya, Səriyyə Mehdizadəyə, Pərviz Sunatulloevə, Elhamuddin Nəcmiyə, Zəbiulla Honaryara təşəkkür edərək, onların bu humanist addımını yüksək qiymətləndiriblər. Tələbə xeyirxahlar belə təşəbbüslərin davamlı olacağını bildirərək miqrantların arzu və istəklərini nəzərə alıblar.